İranın Azərbaycandakı səfiri "Fars" xəbər agentliyinin məlumatını təkzib etdi

İranın Azərbaycandakı səfiri "Fars" xəbər agentliyinin məlumatını təkzib etdi

9 Mart 2012 17:57
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bu gün keçirdiyi mətbuat konfransında "Fars" Xəbər Agentliyinin İran vətəndaşlarına Novruz tətillərində Azərbaycana səfər etməmək göstərişinin verilməsi barədə yaydığı xəbərə tənqidi münasibət bildirib: "İran vətəndaşlarını Bakıya, Şəki, Gəncə və digər Azərbaycan şəhərlərə dəvət edirəm. Azərbaycanda olan bacı-qardaşlarımızı isə İrana səfərlərə dəvət edirik. Qoy gedib, Tehran, Təbriz, Urmiya və başqa İran şəhərlərini görsünlər. İki ölkə xalqları eyni kökə malikdir, eyni dinə mənsubdurlar. Heç ola bilərmi ki, belə bir qadağa olsun?"

Səfir İranın Azərbaycan vətəndaşları üçün bu ölkəyə vizasız gedişin ləğvi barədə yayılan xəbərləri də təkzib edib: "Biz bacı-qardaşlarımızın üzünə açdığımız qapını bağlamarıq".
O.M.