Tramp gülləkeçirməz şüşənin arxasından danışdı

Tramp gülləkeçirməz şüşənin arxasından danışdı

12 Noyabr 2019 12:52
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Nyu-York şəhərində Veteranlar Günü münasibətilə keçirilən mərasimdə iştirak edib.

Diqqət çəkən məqam isə onun güllə keçirməyən şüşə arxasından çıxış etməsi olub.

“Square Park”da keçirilən mərasimə həyat yoldaşı Melaniya Trampla qatılan prezident veteranlara müraciət edərək: “Bu şəhər sizin varlığınızla fəxr edir. Bu millət sonsuza qədər sizə borcludur”, - deyib və 1990-cı ildən bəri veteranlara yardım göstərdiyini əlavə edib.

Trampın bu zamana qədər Nyu-Yorkda Veteranlar Günü münasibətilə keçirilən tədbirlərə qatılan ilk prezident olduğu qeyd olunub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)