Nazarbayev Putinlə Zelenskini görüşdürür

Nazarbayev Putinlə Zelenskini görüşdürür

12 Noyabr 2019 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbayev Rusiya və Ukrayna liderlərləri arasında Qazaxıstanda danışıqlar aparılmasını təklif edir.

Oxumeni.az yazır ki, N.Nazarbayev Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdüyünü bildirib.

“Mən cənab Zelenski ilə görüşdüm, onu dinlədim. Ötən gün isə bu problemi necə həll etmək mövzusunda Vladimir Putinlə danışdım”, - deyə N.Nazarbayev əlavə edib.

Onun sözlərinə görə, Ukrayna lideri artıq “neytral məkanda” görüşə razılıq verib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)