Azərbaycan AŞPA-nın komitə iclaslarında təmsil olunacaq

Azərbaycan AŞPA-nın komitə iclaslarında təmsil olunacaq

12 Noyabr 11:40
127
Bəyəndim (0) Bəyənmədim (0)

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfərə gedəcək.

Oxumeni.az-ın məlumatına görə, toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və digər aktual məsələlər müzakirə olunacaq.

Deputatımız qatıldığı tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.

Səfər noyabrın 16-da başa çatacaq.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)