Boliviya Prezidenti istefa verib

Boliviya Prezidenti istefa verib

11 Noyabr 2019 21:21
Bəyəndim (0) Bəyənmədim (0)

Boliviya Prezidenti Evo Morales istefa verdiyini açıqlayıb. Onunla bərabər vitse-prezident Alvaro Qarsia Linera da vəzifəsini tərk etdiyini deyib.

Oxumeni.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yayımlanan müraciətində bildirib.

Qeyd edək ki, ölkənin Silahlı Qüvvələr komandanlığı onu ölkədə sabitliyin təmin olunması üçün vəzifədən getməyə çağırıb.

Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E.Moralesin seçkilərdə qalib gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb və bu günə qədər davam edir. Üç böyük şəhərdə - Santa Kruz, Sukre və Koçabambada polis də etirazçılara qoşulub.

Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)