Boliviyanın vitse-prezidenti də istefa verdi

Boliviyanın vitse-prezidenti də istefa verdi

11 Noyabr 2019 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

Boliviyanın vitse-prezidenti Alvaro Qarsiya Linera da istefa verib.

Oxumeni.az-ın xarici mediaya istinadən məlumatına görə, Linera analoji addımı prezident Evo Moralesin qərarından sonra atıb.

“Vitse-prezident postumdan istefa verirəm”, - deyə Linera açıqlamasında bildirib.

Qeyd edək ki, Linera Evo Moralesin istefasından sonra ölkənin müvəqqəti prezidenti postunu tutmalı idi.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)