Tələbələrdən qeyri-adi addım - saatlarla məzarda uzanır, meditasiya edirlər

Tələbələrdən qeyri-adi addım - saatlarla məzarda uzanır, meditasiya edirlər

7 Noyabr 2019 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Nemeqan şəhərinin Rabut universitetinin həyətinə məzar qazılıb.
Oxumeni.az xarici KİV-ə istinadən xəbər verir ki, Niderlandın Nemeyqan şəhərində tələbələr maraqlı bir eksperimet təşkil ediblər. Belə ki, tələbələr Rabut universitetinin həyətinə məzar qazaraq onu “təmizlənmə məzarı” adlandırıblar.
Onlar həmin məzara girərək ən azı 30 dəqiqə, ən çoxu isə 3 saat uzanır, eyni zamanda meditasiya edirlər. Bunu etməkdə məqsəd dünyanın ölümlü yer olduğunu xatırlamaq, israfı azaltmaq və həyatın mənasını dərk etməkdir.
Qeyd edək ki, layihənin tanıtımı məqsədiylə universitetin divarlarına “ölümü xatırlayın” yazısı altında elanlar asılıb. Layihə tələbələr arasında böyük marağa səbəb olub və onlar məzarda vaxt keçirmək üçün növbədə dayanıblar.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)