Ermənilərdən növbəti təxribat: "Artsak" temallı suvenir avro buraxılacaq

Ermənilərdən növbəti təxribat: "Artsak" temallı suvenir avro buraxılacaq

7 Noyabr 2019 11:38
Bəyəndim (0) Bəyənmədim (0)

Bu barədə məlumatı Oxumeni.az-ın İngiltərə üzrə təmsilçimiz İbrahim Əliyev verib. Onun bildirdiyinə görə noyabrın 11-də hazırlanması gözlənilən bu suvenir banknot Almaniya mərkəzli, Avropa Bankı ile əlaqəli şirkət tərəfindən istehsal ediləcək. İbrahim Əliyev qeyd edib ki, şirkətin saytında sözügedən banknot barədə açıqlamada Dağlıq Qarabağın Ermənistana aid olduğu və Azərbaycan tərəfindən işğal edildiyi yazılıb.

Onun sözlərinə görə, heykəltəraş Sargis Bağdasaryanın heykəli bu gün "artsak respublikası" adlandırılan Dağlıq Qarabağ "respublikası"nın "müstəqilliyi"nin rəmzi hesab olunur. Ərazi olduqca mübahisəli, siyasi cəhətdən Ermənistanın bir hissəsidir, lakin Azərbaycanın işğalı altındadır.

Həmin açıqlamanın yer aldığı saytın linki:

http://www.euro-souvenirscheine.de/details.php?ID=1626&fbclid=IwAR3BjsDx7BtOpcDD3mHo5cSiiArS6hJyRKZ1NEKg4pQq7WUCvrIcayzfcYo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)