Seçki günü milli polis və vətəndaş qvardiyasının təqribən 4500 əməkdaşı Kataloniyada təhlükəsizliyi təmin edəcək

Seçki günü milli polis və vətəndaş qvardiyasının təqribən 4500 əməkdaşı Kataloniyada təhlükəsizliyi təmin edəcək

7 Noyabr 2019 10:20
Bəyəndim (0) Bəyənmədim (0)

Kataloniyalı liderlərə qarşı İspaniyanın Ali Məhkəməsinin qərarı ilə əlaqədar Kataloniyada baş verən son hadisələri nəzərə alaraq, ölkənin hakimiyyət orqanları regiona 4500-ə yaxın milli polis və vətəndaş qvardiyasının əməkdaşını göndəriblər.

Oxumeni.az xəbər verir ki, asayiş keşikçiləri noyabrın 10-da İspaniyada keçiriləcək ümumi seçki günündə təhlükəsizliyi təmin edəcəklər.

Jeneralitatın rəhbərliyi ilə Kataloniya ərazisində yerləşdirilən polis qüvvələri seçki məntəqələrinin mühafizəsi üçün daha 8 min əməkdaş cəlb edəcəklər.

Polis patrulu 4 mindən çox əhalisi olan bələdiyyələrdə hər bir seçki məntəqəsini izləyəcək.

Qeyd edək ki, noyabrın 10-da İspaniyada son 4 il ərzində dördüncü ümumi seçkilər keçiriləcək. Bu seçkilər tərəflərin sabit hökumətin təmin olunmasından ötrü razılığa gəlməkdə bacarıqsızlığını sübut edir. Pedro Sançes koalisiyanın formalaşdırılmasının mümkünsüzlüyü səbəbindən seçkilərin məcburi keçirilməsi məsuliyyətini müxalifət partiyalarının üzərinə qoyub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)