VİDEO-B.Obama radikal irqçi, ağdərililərin düşməni imiş

VİDEO-B.Obama radikal irqçi, ağdərililərin düşməni imiş

8 Mart 2012 15:20
Bəyəndim (0) Bəyənmədim (0)
O, gənclik illərində ABŞ konstitusiyasına və qanunlarına qarşı mübarizə aparırdı

ABŞ-ın ilk qaradərili prezidenti Barak Obama, sən demə, qatı irqçi imiş. O, tələbəlik və gənclik illərində ABŞ konstitusiyasına və qanunlarına qarşı mübarizə aparanlardan biri olub. "Fox" televiziya kanalının bu gecə yayımladığı video kadrda bunu açıq-aydın görmək olur. Belə ki, 1991-ci ilə aid olan görüntüdə Harvard universitetinin Hüquq fakültəsinin tələbəsi Barak Obama ABŞ-da irqi ayrı-seçkiliyə qarşı nitq söyləyir. Məlumdur ki, B.Obama o zamanlar radikal irqçi professor Derrik Bellin davamçısı idi və qaradərililərin ağlar tərəfindən istismara məruz qaldıqlarını, ABŞ qanunlarının buna xidmət etdiyini təbliğ edirdi. O, həmçinin ağlara qarşı mübarizədə fəal iştirak edirdi. Təsadüfi deyil ki, Derrik Bellin tərəfdarları ABŞ Konstitusiyasını və qanunlarını "ağ qanunlar" adlandırırdı, yəni ağdərili insanlara xidmət edən qanunlar.

Barak Obama tələbə yoldaşları qarşısında çəkinmədən deyirdi: "Ürəklərinizi və təfəkkürünüzü professor Derrik Bellin sözlərinə açın." Bu zaman "İrqi nəzəriyyənin tənqidi" kitabının müəllifi Derrik Bell ona diqqətlə qulaq asır, razılıq əlaməti olaraq başını bulayırdı. Yeri gəlmişkən, Derrik Bell Harvard universitetinin ilk zənci professoru ola bilmişdi. Bununla belə, nəzəriyyəsinin təbliğini davam etdirirdi. Çoxları onu radikal irqçi adlandırsa da, professor cəsarətlə bəyan edirdi: "ABŞ-ın əksər qanunları zənci amerikalıların diskriminasiyasına xidmət edir".
Derrik Bellin 1993-cü ildə qələmə aldığı hekayədə yazılırdı: "Ağdərililər zənciləri əcnəbilərə qul kimi satacaqlar ki, dövlət borcu azalsın. Yəhudilər də bu işdə iştirak edəcəklər."

Məlum video çarxın nümayişindən sonra ABŞ vətəndaşları prezidenti irqçilikdə ittiham etməyə başlasalar da, iqtidarda olan siyasətçilər Barak Obamanın çıxışında qeyri adi heç nəyin olmadığını bəyan edirlər.

Qaranlıq keçmişin səhifələrində çox qara ləkələr tapmaq olar...

Natiq Qocaman

O.M.