Ukrayna prezidenti Facebook-da profil açacaq

Ukrayna prezidenti Facebook-da profil açacaq

8 Mart 2012 12:52
Bəyəndim (0) Bəyənmədim (0)
Viktor Yanukoviç daha qəzet oxumur

"Ukrayna prezidenti Facebook sosial şəbəkəsində qeydiyyatdan keçəcək. Belə ki, bu, artıq obyektiv reallıqdır". İnterfax-ın məlumatına görə, bu sözləri Ukrayna prezidentinin Ali Radada olan nümayəndəsi, Regionlar fraksiyasından olan millət vəkili Yuriy Miroşniçenko deyib. Jurnalistlər qarşısında çıxış edən millət vəkili bunun tezliklə baş verəcəyini bildirib. Onun sözlərinə görə, prezident uzun müddətdir ki, qəzet oxumur. Belə ki, Viktor Yanukoviç təzəlikcə noutbuk alıb və xəbərləri oradan izləyir, yəni internetdən.

Prezidentlə dost olmağa dəyər, heç olmasa virtual aləmdə...

Aqil Hüseynov

O.M.