Gürcüstan prezidenti Milli Məclisdə azərbaycanca danışdı

Gürcüstan prezidenti Milli Məclisdə azərbaycanca danışdı

7 Mart 2012 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda işgüzar səfərdə olan Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün Milli Məclisdə olub. O, deputatlar qarşısında çıxış edərkən sürəkli alqışlarla qarşılanıb: "Bizi strateji əməkdaşlıq, əsrlər boyu davam edən böyük dostluq əlaqələri bağlayır. Azərbaycan və Gürcüstan tarix boyu oxşar problemlər yaşayır. Biz qələbələrdə və məğlubiyyətlərdə bir olmuşuq - istər xristianlara, istər müsəlmanlara qarşı... İlk dəfə Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə Tiflisdə elan olunub".

M.Saakaşvili çıxış edərkən Məhəmməd Əmin Rəsulzadənin məşhur "Bir kərə yüksələn bayraq, bir daha enməz" sözlərini Azərbaycan dilində səsləndirib.
Gürcüstan prezidenti çıxışının sonunda da bu şüarı bir daha Azərbaycan dilində təkrarlayıb. Onun bu sözləri MM üzvləri tərəfindən alqışlarla qarşılanıb.

O.M.