EuroNest Parlament Assambleyasının plenar iclası Bakıda keçiriləcək

EuroNest Parlament Assambleyasının plenar iclası Bakıda keçiriləcək

7 Mart 2012 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın EuroNest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun məlumatına görə, Azərbaycan EuroNest Parlament Assambleyasının Bakıda keçiriləcək plenar sessiyasına tam hazırdır. Azərbaycan nümayəndə heyəti buna çox ciddi hazırlaşır. Bu sessiya çox uğurla başa çatdırılacaq və Azərbaycan üçün yaddaqalan tarixi hadisə olacaq. E.Süleymanov həmçinin bildirib ki, sessiyanın Bakıda keçirilməsi Azərbaycan üçün çox böyük siyasi uğurdur: "Biz buna asanlıqla nail olmamışıq. Azərbaycan nümayəndə heyəti uzunmüddətli iş aparıb və biz buna səsvermə nəticəsində nail olmuşuq".

Bakıda keçiriləcək plenar sessiya çərçivəsində 4 komitənin - Demokratiya və siyasi komitə, Sosial komitə, Enerji təhlükəsizliyi komitəsi və İqtisadi komitənin iclasları keçiriləcək. Bu komitələrin ilkin məruzələri yanvar ayında müzakirə edilib və bütün qərarlar aprel sessiyasında qəbul olunacaq.
E.Süleymanov sessiyada Ermənistan nümayəndə heyətinin iştirakı barədə sualı da cavablandırıb. O qeyd edib ki, Ermənistan nümayəndə heyəti üzvlərinin təhlükəsizliyi tam təmin olunacaq və onlar bu tədbirə qatıla bilər: "Biz Ermənistan nümayəndə heyətinə onların təhlükəsizliyinin təmin olunacağı barədə rəsmi məktub göndərmişik".
Xatırladaq ki, EuroNest Parlament Assambleyasının plenar sessiyası aprelin 2-4-də Azərbaycan paytaxtında keçiriləcək.

O.M.