Zelenski-Ştaynmayer görüşünün əsas hədəfləri

Zelenski-Ştaynmayer görüşünün əsas hədəfləri

23 Oktyabr 2019 13:01
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyaya işgüzar səfəri çərçivəsində almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə görüşüb.

Oxumeni.az Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Donbasdakı münaqişənin həlli görüşün əsas müzakirə mövzusu olub.

“Donbasda sülhə nail olmaq bizim üçün əsas prioritetidir”, - deyən Zelenski münaqişənin həllinə göstərdiyi siyasi-diplomatik səylərinə görə Ştaynmayerə təşəkkürünü bildirib.

Görüşdə tərəflər “Normandiya formatı”nın Donbasda münaqişənin həllində əsas formul olduğunu və yaxın gələcəkdə bu formatda görüşün keçiriləcəyini vurğulayıblar.

Xatırladaq ki, Frank-Valter Ştaynmayer 2015-ci ildə Ukraynanın cənub-şərqindəki münaqişə ilə bağlı təklif irəli sürüb. Həmin təklifə əsasən, Donbas regionunda növbədənkənar seçkilər keçirilən gün oraya xüsusi status veriləcək. Ukrayna münaqişənin nizamlanmasına dair “Ştaynmayer formulu”na razılıq verib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)