Yaponiyada Naruhitonun dövrü başladı - Taxtaçıxma mərasimindən fotolar

Yaponiyada Naruhitonun dövrü başladı - Taxtaçıxma mərasimindən fotolar

23 Oktyabr 11:11
34
Bəyəndim (0) Bəyənmədim (0)

Tokioda Yaponiya İmperatoru Naruhitonun taxta çıxması ilə bağlı mərasim keçirilib.

Təntənəli tədbir İmperator Sarayının fəxri “Matsu-no ma” (Şam ağacı) zalında baş tutub. İmperator Naruhito Yer kürəsinin ən qədim sülaləsinə məxsus olan taxta çıxdığını yapon xalqına və bütün dünyaya bu taxtdan elan edib.

Mərasimdə 174 ölkə və ərazidən 400-dən çox rəsmi nümayəndə, eləcə də 70 monarx və ölkə liderləri iştirak edib. Dəvətlilər arasında, həmçinin, Yaponiya ictimaiyyətinin bütün təbəqələrindən 1600 nümayəndə olub.

Mərasimdə Azərbaycanı Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Spiker, həmçinin, həmin gün axşam İmperator və İmperatriçə tərəfindən verilən təntənəli ziyafətdə də iştirak edib.









Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)