Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

Azərbaycan XİN Ermənistanın Qoşulmama Hərəkatının sammitində iştirakı barədə

22 Oktyabr 2019 13:20
Bəyəndim (0) Bəyənmədim (0)

Hələlik Ermənistan tərəfindən Qoşulmama Hərəkatının Bakı sammitində iştirakla bağlı müraciət daxil olmayıb.

Oxumeni.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov brifinq zamanı deyib.

O bildirib ki, iştirak onlayn şəkildə həyata keçirilir:

“Sammitdə iştirak etmək istəyənlər ərizə verir. Hələlik Ermənistan tərəfindən müraciət daxil olmayıb”.

Qeyd edək ki, Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçiriləcək. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirakı edəcək.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)