Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Naxçıvana toplaşdılar

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Naxçıvana toplaşdılar

7 Mart 2012 11:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri üçtərəfli görüş üçün Azərbaycanın Naxçıvan şəhərinə gəliblər. Xarici işlər nazirləri bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşüblər. Görüş mediaya qapalı keçib.

Bu saatlarda nazirlər arasında təkbətək görüşlər gözlənilir. Bu gün nazirlərin üçtərəfli və geniş tərkibli görüşləri də planlaşdırılır. Görüşdən sonra nazirlər mətbuat konfransı keçirəcəklər.

O.M.