Tramp Türkiyəni sanksiyalarla hədələyib

Tramp Türkiyəni sanksiyalarla hədələyib

22 Oktyabr 08:00
30
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp Türkiyəni rüsumlar və sanksiyalarla hədələyib.

Oxumeni.az "TASS"a istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlamasında deyib.

ABŞ prezidenti bildirib: "Əgər Türkiyə lüzumsuz hərəkətlərə yol verərsə, düşünmürəm ki, bu, baş verəcək, amma bizim heç kəsin bilmədiyi qüvvəmiz var - bu, sanskiyalardır, bu, rüsumlardır <...> Biz rüsumlar tətbiq edəcəyik, biz sanksiyalar tətbiq edəcəyik".

D.Tramp qeyd edib ki, ABŞ ölkəyə gələn Türkiyə mallarına rüsumlar tətbiq edəcək: "Onlar ABŞ-a böyük həcmdə polad, o cümlədən digər mallar göndərirlər. Biz bu mallara rüsumlar tətbiq edəcəyik, biz onlara qarşı sanksiyalar tətbiq edəcəyik".

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)