Zərifdən sensasion çıxış - Səudiyyə Ərəbistanına getməyə hazıram

Zərifdən sensasion çıxış - Səudiyyə Ərəbistanına getməyə hazıram

22 Oktyabr 06:40
34
Bəyəndim (0) Bəyənmədim (0)

Zərif vurğulayıb ki, İran tərəfi Yəməndəki müharibənin dayandırılması üçün Ər-Riyad və Tehran arasında kompromisə dair səylər göstərən Pakistanın Baş naziri İmran Xanla əlaqəni kəsmir.

İran Xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıqlar üçün münasib şərtlərin olacağı təqdirdə Səudiyyə Ərəbistanına getməyə hazır olduğunu bildirib. Oxumeni.az xəbər verir ki, bunu Zərif Yəmənin "Əl-Masira" telekanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, İran tərəfi Yəməndəki müharibənin dayandırılması üçün Ər-Riyad və Tehran arasında kompromisə dair səylər göstərən Pakistanın Baş naziri İmran Xanla əlaqəni kəsmir.

"İran regionda gərginliyin azaldılmasına istiqamətlənən istənilən təşəbbüsü dəstəkləyir və ilk növbədə yəmənlilər üçün önəmli olan Yəməndə müharibənin dayandırılması ilə bağlı istənilən planla bağlı əməkdaşlığa hazırdır", - deyə Zərif qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)