Ərdoğan sərt və güclü bir liderdir - VİDEO

Ərdoğan sərt və güclü bir liderdir - VİDEO

18 Oktyabr 2019 17:17
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp, Texasda bir tədbirə qatılıb. Tədbirdə çıxış edən Tramp Türkiyə ilə ABŞ arasında təmin edilən Suriya razılaşmasına görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Oxumeni.az xəbər verir ki, o ABŞ ilə Türkiyə arasında Firatın şərqi mövzusunda əldə edilən razılaşmayla bağlı bu fikirləri səsləndirib:

"Bu gün, Orta Şərqdə böyük gündür. Qeyri-adi bir hal idi, amma bundan əvvəl heçkimin illərlə edə bilmədiyi bir şeyi etdik".

Heç kimlə müharibə etmək istəmədiyini vurğulayan Tramp "Prezident Ərdoğana təşəkkür edirəm. Kürdlərə və kürd liderlərə təşəkkür edirəm. Pərdə arxasında bizi dəstəkləyən digər ölkələrə təşəkkür edirəm. Bu müqavilə möhtəşəm bir şey" deyə bildirib.

İŞİD-in tamamilə nəzarət altında olduğunu müdafiə edən Tramp ABŞ-ın prezident köməkçisi Mayk Pens və xarici işlər naziri Mayk Pompeoya da gördüyü işlər üçün təşəkkür edib.