Kreml Putinin G7-yə dəvətinə "məmnuniyyətlə" baxacaq

Kreml Putinin G7-yə dəvətinə "məmnuniyyətlə" baxacaq

18 Oktyabr 2019 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Kreml 2020-ci ildə Rusiyanın ABŞ-da keçiriləcək G7 sammitinə dəvətin məzmunu ilə "məmnuniyyətlə" tanış olacaq. Oxumeni.az-ın MK-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Vaşinqton bundan əvvəl G-7 sammitinin gələn ilin 10-12 iyun tarixlərinə planlaşdırıldığını və çox güman ki, Floridada keçiriləcəyini açıqlamışdı.

Onlar Rusiya nümayəndə heyətinin də ziyarətinin mümkünlüyünü nəzərdən keçirdiklərini vurğulamışdılar.

Peskov qeyd edib ki, Vladimir Putinin səfərinin perspektivlərini yalnız dəvətnaməni oxuduqdan sonra qiymətləndirmək mümkün olacaq.

Oxumeni.az