Trampdan 180 dərəcəlik dönüş: Ərdoğan...

Trampdan 180 dərəcəlik dönüş: Ərdoğan...

18 Oktyabr 11:20
41

Birləşmiş Ştatlar Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etməyəcək.

Oxumeni.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

Ağ Evin başçısı Türkiyəyə qarşı yeni sanksiyaların tətbiq edilməsinə ehtiyac olmadığını deyib. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı dost adlandırıb.

Tramp daha əvvəl isə "Sülh çeşməsi" əməliyyatı ilə əlaqədar olaraq Türkiyəni təhdid etmiş və iqtisadiyyatını məhv edəcəyini bildirmişdi.

Qeyd edək ki, bu gün Türkiyə-ABŞ danışıqlarının nəticəsi olaraq “Sülh çeşməsi” əməliyyatı ilə bağlı razılaşma əldə edilib.

Oxumeni.az