Dövlət Komissiyası: "ABŞ əsgərləri Quranı bilərəkdən yandırdılar"

Dövlət Komissiyası: "ABŞ əsgərləri Quranı bilərəkdən yandırdılar"

6 Mart 2012 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstan prezidenti Həmid Kərzayi məlum insidentlə bağlı xüsusi komissiya təşkil edib. Komissiya Baqram hərbi bazasında dini kitabların və Quran nüsxələrinin yandırılması məsələsini araşdırır. Artıq ilkin rəy ictimaiyyətə və prezidentə təqdim olunub. Komitənin bəyanatında bildirilir: "Biz belə bir nəticəyə gəldik ki, Quran bilərəkdən yandırılıb. Əgər onlar bir və ya iki nüsxəni yandırsaydılar, biz inanardıq ki, bu təsadüfən baş verib. Onlar yüzlərlə dini kitabı məhv etdilər. Deməli, nə etdiklərini bilirdilər".

Xatırladaq ki, məlum hadisələrdən sonra əfqanlar etiraz mitinqlərinə qalxdılar. Nəticədə, 30 sıravi əfqan və 6 ABŞ əsgəri qətlə yetirildi.

O.M.