Türk Şurasına sədrlik Azərbaycana keçdi

Türk Şurasına sədrlik Azərbaycana keçdi

14 Oktyabr 10:23
42

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) sədrlik Azərbaycana keçib.

Oxumeni.az-ın məlumatına görə, bu barədə Şuranın xarici işlər nazirlərinin Bakıda keçirilən 7-ci iclasında bildirilib.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. İlk dəfə olaraq Özbəkistan Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir.

Türk Şurası 2009-cu il oktyabrın 3-də Naxçıvanda yaradılıb. Şuranın məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir.

Təşkilat yaranandan bəri üzv ölkələrin liderlərinin altı iclası baş tutub.

Oxumeni.az