Tramp: Çin ABŞ ilə ticarət sazişi üzrə razılaşmaları artıq yerinə yetirməyə başlayıb

Tramp: Çin ABŞ ilə ticarət sazişi üzrə razılaşmaları artıq yerinə yetirməyə başlayıb

14 Oktyabr 2019 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Çin ABŞ ilə ticarət sazişi üzrə razılaşmaları artıq yerinə yetirməyə başlayıb.

Oxumeni.az-a "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, razılaşmanın şərti 3-4 həftə sonra imzalancaq sazişi gözləmədən Çinin böyük miqdarda ABŞ-ın kənd təsərrüfatı məhsullarını alması olub: "Çin bizim böyük vətənpərvər-fermerlərimizdən kənd təsərrüfatı məhsullarını almağa başlayıb".

ABŞ prezidenti razılaşmanın irimiqyaslı ilk fazasını başa çatdırmağı və danışıqların ikinci mərhələsinə başlamağı söz verib.

Oxumeni.az