Səudiyyə ödəniş edir, nə qədər silah lazım olsa ora göndərərik – VİDEO
“Bundan öncə Səudiyyə Ərəbistanına 110 milyardlıq silah ixracı razılaşması əldə edib. İndi də mənim göstərişimlə və əldə edilən razılıqla ora silah göndəriləcək. Çünki onlar bizimlə yaxşıdırlar və ödəniş edirlər.”
Bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlama zamanı deyib.
ABŞ prezidenti bildirib ki, Səudiyyə Ərəbistanı yeni ödənişlər etdiyinə görə, onlara lazımi qədər silah və hərbi təchizat göndərəcəklər.
Qeyd edək ki, ötən ay husilərin Aramco-ya hücumundan sonra ABŞ Səudiyyəyə əlavə hərbi qüvvələr göndərəcəyini bildirib.
Oxumeni.az
Digər xəbərlər