Tbilisidə keçirilən konfransda mediada hüquqi-normativ bazanın söz azadlığının təminatındakı rolundan danışılıb

Tbilisidə keçirilən konfransda mediada hüquqi-normativ bazanın söz azadlığının təminatındakı rolundan danışılıb

11 Oktyabr 16:11
6

Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Tbilisidə ATƏT-in Media Azadlığı Ofisinin təşkilatçılığı ilə “Dəyişən şəraitdə KİV azadlığı və jurnalistlərin təhlükəsizliyinin möhkəmləndirilməsi” mövzusunda keçirilmiş XVI Cənubi Qafqaz media konfransında çıxış edərək media sahəsində hüquqi-normativ bazanın söz azadlığı və plüralizmin təminatındakı rolundan danışıb.

Mətbuat Şurasından Oxumeni.az-a bildiriblər ki, sədr mövcud xüsusda cəmiyyətin informasiya təminatındakı meyillərə, qanunlarda və digər dövlət sənədlərində jurnalist mənbələrinin qorunması və konfidensiallıq, medianın kənar təsirlərdən müdafiəsi, onun obyektivliyi məsələləri ilə əlaqədar əksini tapmış müddəalara, KİV-lərin müstəqilliklərinin qorunmasına yönələn tədbirlərə diqqət çəkib. O, onlayn medianın cəmiyyətə təsir imkanlarından da söz açıb və bildirib ki, bu istiqamətdə əsaslı tənzimləmələrin aparılması yeni hüquqi yanaşmaları aktuallaşdırmaqdadır.

Oxumeni.az