ATƏT və AŞPA: "Rusiyada seçkilər ədalətli keçirilmədi!"

ATƏT və AŞPA: "Rusiyada seçkilər ədalətli keçirilmədi!"

5 Mart 2012 13:48
Bəyəndim (0) Bəyənmədim (0)
"Səslərin hesablanması zamanı seçki dairələrinin 1/3-də prosedura qaydalı kobud surətdə pozulub"

"Rusiyada seçkilər ədalətli keçirilmədi!" Bu fikri Rusiyada prezident seçkilərini müşahidə edən ATƏT-in və AŞPA-nın nümayəndələri bildiriblər. İnterfax-ın məlumatına görə, müşahidəçilər səslərin hesablanması zamanı seçki dairələrinin 1/3-də prosedura qaydalarının kobud surətdə pozulduğunu bildiriblər: "Bizim qiymətimizə görə, elektron səsvermə və hesablama sisteminə innovasiyalar tətbiq olunsa da, seçkilər ədalətli keçirilməyib". Bu fikri beynəlxalq missiyanın xüsusi koordinatoru Toni Pikula bu gün jurnalistlərə açıqlamasında səsləndirib.

O.M.