Putin və Berluskoni Soçidə görüşdü

Putin və Berluskoni Soçidə görüşdü

9 Oktyabr 2019 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putin və İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni arasında Soçidə görüş keçirilib.

Oxumeni.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Görüş çərşənbə axşamı günü (oktyabrın 8-də) günün birinci yarısında baş tutub”, – deyə o bildirib.

Bundan bir qədər öncə S.Berluskoni “Feysbuk”da Rusiyaya səfəri zamanı Putinlə görüşdüyünü bildirmişdi. Siyasətçilər görüşdə Rusiya ilə İtaliya arasındakı münasibətləri, eləcə də dünyadakı vəziyyəti müzakirə ediblər.

İyul ayında isə Berluskoni Putinlə Roma hava limanında görüşmüşdü. Onun sözlərinə görə, bu söhbət ölkələr arasında “hörmət və səmimi dostluq əlaqələrini” təsdiqləyib.

Oxumeni.az