İtaliyanın baş naziri ABŞ və Aİ arasında ticarət müharibəsinin qarşısını almağa çağırıb

İtaliyanın baş naziri ABŞ və Aİ arasında ticarət müharibəsinin qarşısını almağa çağırıb

9 Oktyabr 05:05
3

İtaliyanın baş naziri Cüzeppe Konte Avropa İttifaqı və ABŞ arasında ticarət müharibəsinin inkişafının qarşısını almağa çağırıb.

Oxumeni.az "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, C.Konte qeyd edib ki, Vaşinqtonun Avropa malları üçün yeni rüsum tətbiq edilməsi haqqında qərarı milli əmtəə istehsalçılarına ciddi ziyan vura bilər: "Biz etiraf etməliyik ki, Avropa malları üçün tətbiq edilən Amerika rüsumları "Made in Italy" məhsuluna ağır təsir göstərə bilər. Ona görə də biz iqtisadi maraqlarımızı qorumaq üçün maksimum qətiyyətlə və inamla işləyəcəyik. Biz bunu amerikalı müttəfiqlərimiz ilə danışıqlar və Aİ ilə əməkdaşlıq çərçivəsində edəcəyik".

Baş nazir vurğulayıb ki, ABŞ ilə danışıqlar Avropa sisteminin reallığını, həm də ayrı-ayrı ölkələrin milli maraqlarını nəzərə almalıdır: "Biz hamı üçün məhvedici ola biləcək ticarət müharibəsinin inkişafının qarşısını almalıyıq. Proteksionizmin artımı iki strateji tərəfdaş olan Aİ və ABŞ arasında münasibətlərin ən arzuolunmayan yoldur".

Oxumeni.az