ABŞ İran prezidentinin müşavirinə viza vermədi

ABŞ İran prezidentinin müşavirinə viza vermədi

5 Mart 2012 10:44
Bəyəndim (0) Bəyənmədim (0)

İranın "Mehr" xəbər agentliyinin məlumatına görə, ABŞ hökuməti İran prezidentinin müşaviri, Qadın və Ailə İşləri Mərkəzinin rəhbəri Məryəm Müctəhidzadənin rəhbərlik etdiyi İran nümayəndə heyətinə bu ölkəyə səfər etməsi üçün viza verməyib. Bu barədə İranın BMT-dəki daimi nümayəndəsinin müavini İshaq Əli Həbib bildirib. Onun sözlərinə görə, bu səbəbdən nümayəndə heyəti BMT-nin Qadın Komissiyasının martın 3-də ABŞ-ın Nyu-York şəhərində qadın və ailə mövzusunda keçirdiyi 56-cı yığıncağında iştirak edə bilməyib.

O.M.