Tramp: ABŞ-ın sonu görünməyən müharibələrdən çıxmaq vaxtıdır

Tramp: ABŞ-ın sonu görünməyən müharibələrdən çıxmaq vaxtıdır

7 Oktyabr 2019 21:13
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın sonu görünməyən müharibələrdən çıxmasının və hərbçiləri evə qaytarmasının vaxtıdır.

Bunu ABŞ Prezidenti Donald Tramp Suriyadakı vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, ABŞ qoşunları Suriyada 30 gün qalmalı və daha sonra ölkədən çıxmalı idilər:

“Amma biz orada qaldıq və heç bir məqsədi olmayan müharibəyə getdikcə daha çox sürükləndik. İndi bu sonu görünməyən mənasız müharibələrdən çıxmaq və əsgərlərimizi evə qaytarmaq vaxtıdır”.

D.Tramp əlavə edib ki, Suriya, Türkiyə, İran, İraq, Rusiya, Avropa və kürdlər bu vəziyyətin öhdəsindən gəlməlidir.

Oxumeni.az