Putin Yerevanda Koçaryanın həyat yoldaşı ilə görüşünün təfərrüatları bilinib

Putin Yerevanda Koçaryanın həyat yoldaşı ilə görüşünün təfərrüatları bilinib

2 Oktyabr 15:26
195
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Koçaryanın həyat yoldaşı Bella Koçaryanla görüşünün təfərrüatları bilinib.

Oxumeni.az-ın “168 jam” qəzetinə istinadən verdiyi xəbərə görə, Rusiya Prezidenti ilə B. Koçaryan arasında görüş Rusiyanın Yerevandakı səfirliyində baş tutub və uzun müddət davam edib.

Qəzetin yazdığına görə, Ermənistanın ikinci prezidenti R. Koçaryanın həbsi, onun ətrafında yaranmış vəziyyət və hakimiyyətin bununla bağlı apardığı işlər görüşün əsas müzakirə mövzusu olub.

Rusiyanın Ermənistandakı səfirliyinin nümayəndəsi Aleksandr Quçkov görüşlə bağlı suala münasibət bildirməkdən imtina edib.

R. Koçaryan administrasiyasının sabiq rəhbəri Viktor Soqomonyan görüşün təfərrüatları barədə məlumat verməsə də, görüşün keçirildiyini təsdiq edib.

Oxumeni.az