Ərdoğan amerikalı jurnalisti yerində oturtdu: "Amerikada buna nə deyərsiniz?"

Ərdoğan amerikalı jurnalisti yerində oturtdu: "Amerikada buna nə deyərsiniz?"

27 Sentyabr 15:02
99
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da fəaliyyət göstərən “FOX News” kanalında Bred Bayerin suallarını cavablandırıb.

Oxumeni.az xəbər verir ki, jurnalist Ərdoğana Türkiyədə çox sayda jurnalistin həbsdə olduğu haqqında sual vermək istəyib.

Amerikalı jurnalistin həbsdə olan jurnalist sayına görə Türkiyənin lider olduğunu deməsi Ərdoğanı hiddətləndirib.

“Siz hazırda hakim kimi danışırsınız. Jurnalist kimi deyil. Bir dəfə bu nöqtədə jurnalist kimi danışın və məndən siyasətçi kimi cavab alın. Baxın, nə deyirəm. Dövlətə qarşı çevriliş cəhdi edən, İŞİD üzvü olan insan jurnalsit olduğu üçün azadlıqda qalsa, ABŞ-da buna nə deyərsiniz? Yaxşı elədi, doğru elədi, deyə bilərsinizmi?”, - Ərdoğan jurnalsiti bu sözlərlə yerində oturdub.

Oxumeni.az