Ziyafət Əsgərov: "ABŞ-ın bu qədər vəsaitinin Ermənistana verilməsi məntiqi cəhətdən düzgün deyil"

Ziyafət Əsgərov: "ABŞ-ın bu qədər vəsaitinin Ermənistana verilməsi məntiqi cəhətdən düzgün deyil"

2 Mart 2012 11:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanın ABŞ-la hərbi və siyasi istiqamətlərdə çox gözəl əlaqələri var. ABŞ gec-tez anlayacaq ki, Ermənistan həqiqətən işğalçıdır. Ona görə bu qədər vəsaitin Ermənistana verilməsi məntiqi cəhətdən düzgün deyil. Digər tərəfdən, Azərbaycanla ABŞ-ın strateji əməkdaşlığı da bu məsələdə nəzərə alınacaq. Hər bir halda işğalçı bir dövlətə bu qədər vəsaitin verilməsi anlaşılan deyil". Bu fikri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərin ABŞ-ın Ermənistana hərbi və maliyyə yardımı barədə suallarına cavab olaraq səsləndirib.

Z.Əsgərov Azərbaycanın İsraillə hərbi əməkdaşlığına və bu ölkədən 1, 6 milyard dollarlıq hərbi texnika və silah-sursat alınmasına İranın etirazlarına da münasibət bildirib: "Azərbaycan müstəqil dövlətdir. Bu gün hansı dövlətlə hərbi, siyasi, digər sahələrdə necə əməkdaşlıq edirsə, bu, Azərbaycanın öz işidir. Hansı dövlətlə hərbi sahədə əməkdaşlıq edəcəyimizi kimdənsə soruşmayacağıq. Ona görə də başqa dövlətlərin bu işə qarışması tamamilə yersiz və mənasızdır".

Z.Əsgərov ABŞ və müttəfiqlərinin İrana qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Azərbaycanın neytral mövqedə olacağını vurğulayıb: "Hesab edirik ki, Azərbaycan heç bir zaman İrana qarşı hərbi zərbələrdə və əməliyyatlarda platsdarm olmayacaq".

O.M.