Sabah Bakıda Argentina səfirliyinin rəsmi açılışı olacaq

Sabah Bakıda Argentina səfirliyinin rəsmi açılışı olacaq

1 Mart 2012 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina prezidenti Kristina Fernandes de Kirşner və xarici işlər naziri Ektor Timerman bu ölkənin Azərbaycanda səfirliyinin açılması haqqında fərman imzalayıblar. Fərmanda səfirliyin Bakıda açılacağı, konsulluq şöbəsinin fəaliyyətinin bütün ölkənin ərazisini əhatə edəcəyi bildirilir. Sənəddə qeyd olunur ki, səfirliyin açılması iki xalq arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.


Qeyd edək ki, sabah Argentinanın xarici işlər naziri Ektor Timermanın Azərbaycana səfəri planlaşdırılır. Səfər çərçivəsində Argentina səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. Bundan başqa Azərbaycanla Argentina arasında viza rejiminin sadələşdirilməsi barədə saziş imzalanması da nəzərdə tutulur.

Xatırladaq ki, Buenos-Ayresdə Azərbaycan səfirliyi fəaliyyət göstərir. Gələn il Argentinada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

O.M.