KXDR nüvə silahından birdəfəlik imtina etməyə razıdır

KXDR nüvə silahından birdəfəlik imtina etməyə razıdır

29 Fevral 2012 19:43
Bəyəndim (0) Bəyənmədim (0)
Ölkədə dərin islahatlar gözlənilir

Rəsmi Pxenyan nüvə sınaqlarına, uzaq mənzilli silahların istifadəsinə və uranın zənginləşməsinə moratorium qoymağa razılaşıb. KXDR Xarici İşlər Nazirliyinə istinadən İnterfax-ın yaydığı məlumata görə, Şimali Koreyanın yeni rəhbərliyi ölkədə köklü islahatlara bu addımları atmaqdan başlamağa hazırlaşır. KXDR ABŞ-ın xahişini nəzərə alaraq, yüksək səviyyədə ikitərəfli danışıqlara qədər adıçəkilən hərbi arsenallara moratorium qoymaqla yanaşı, həmçinin bu moratoriuma nəzarət üçün MAQATE ilə işbirliyinə hazır olduğunu bildirib.

Reuters-in məlumatına görə, Cənubi Koreya analitiklərinin fikrincə, Şimali Koreyanın yeni rəhbərliyi ölkədə kök salmış iqtisadi böhrandan çıxmaq planını hazırlayıb. Bu planın ilk addımı olaraq, demilitarizasiya əvəzinə Qərbin iqtisadi yardımını almaq nəzərdə tutulur.

O.M.