İlham Əliyev Fransa Konstitusiya Şurasının ədalətli qərarını alqışlayır

İlham Əliyev Fransa Konstitusiya Şurasının ədalətli qərarını alqışlayır

29 Fevral 2012 12:47
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Fransa Konstitusiya Şurasının ədalətli qərarını alqışlayır, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir. Eyni zamanda dövlət başçısı Fransa Senatının bir qrup üzvünün qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə ünvanladığı müraciəti yüksək qiymətləndirir və Fransada bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirir. Qeyd etmək lazımdır ki, Fransa Konstitusiya Şurasının bu addımı dünya erməniliyinin riyakarlığının qarşısına çəkilmiş bir səddir və dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsidir".

Xatırladaq ki, fevralın 28-də Fransa Konstitusiya Şurası qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu ləğv edib.

O.M.