Rəsmi Bakı Tehrana cavab verdi

Rəsmi Bakı Tehrana cavab verdi

29 Fevral 2012 11:12
Bəyəndim (0) Bəyənmədim (0)

İranın Mehr agentliyinin məlumatına görə, Azərbaycanın İrandakı səfiri Cavanşir Axundzadə bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Səfirdən İsrailin Azərbaycana 1,6 milyard dollar həcmində silah və hərbi sistemlər satmasına dair razılıq əldə olunması barədə mətbuatda gedən məlumatlarla bağlı izahat istənilib.

Səfirin İran XİN-ə çağırılmasına Azərbaycanın XİN-in mətbuat katibi Elman Abdullayev münasibət bildirib: "Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Bu günlərdə biz Xocalı soyqırımının 20 illiyini qeyd etdik. Bu faciə dünyanın gözü önündə törədilib. Ona görə də Azərbaycanın haqqı var ki, öz torpaqlarını geri qaytarsın və bunun üçün əlindən gələni edəcək. Bizim mövqeyimiz hər zaman beynəlxalq hüquqa əsaslanıb. Biz həmişə mehriban qonşuluq prinsipinə önəm veririk. Bu siyasət hörmətlə qarşılanmalıdır".

O.M.