YAP sədrinin müavini, icra katibi Əli Əhmədov ATƏT-in Minsk qrupunu kəskin tənqid etdi

YAP sədrinin müavini, icra katibi Əli Əhmədov ATƏT-in Minsk qrupunu kəskin tənqid etdi

27 Fevral 2012 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

"Minsk Qrupu 20 il ərzində münaqişəni nizamlaya bilməyib. Bu 20 ildə yeni, Qarabağsız nəsil formalaşıb. Münaqişənin nizamlanması üçün neçə il lazımdır ki? Mənim düşüncəmə görə 20 il ərzində nəyəsə nail olmayan Minsk Qrupu öz fəaliyyətinə tənqidi yanaşmağı bacarmalıdır". Bu sözləri ATƏT-in fəaliyyətinin 20 illiyi ilə bağlı görüşündə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib: "Ən azı 20 illik vasitəçilik missiyasına yekun vurub, yenə də vasitəçilik missiyası həyata keçirmək istəyirlərsə, bir vaxt çərçivəsi müəyyənləşdirsinlər. Hansı ki, o vaxt ərazində münaqişə tənzimlənə bilər. Fransanın addımları isə xəbər verir ki, Fransa tərəfsiz vasitəçilik missiyasını yerinə yetirməyə hazır deyil. Həmsədrlər Fransanın bu addımlarına münasibət bildirməlidirlər".

Ə.Əhmədov jurnalistlərin suallarına cavab olaraq Xocalı qətliamının 20-ci ildönümü ilə əlaqədar keçirilən aksiyalara da münasibət bildirib. YAP rəsmisi bu il diaspor təşkilatlarının soyqırımının ildönümü günündə geniş tədbirlər həyata keçirdiyini deyib. O, İstanbulda keçirilən aksiyanın Azərbaycan-Türkiyə dostluğunun bariz nümunəsi olduğunu, bunu yüksək qiymətləndirdiklərini deyib.

O.M.