"Putin prezidentlik dövründə istefa verəcək"

"Putin prezidentlik dövründə istefa verəcək"

25 Fevral 2012 14:59
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiyanın "Яблоко (Alma)" partiyası artıq növbəti seçkilərə hazırlaşır

Rusiyanın aparıcı partiyalarından biri olan "Яблоко (Alma)" partiyasının təsisçisi və rəhbəri Qriqoriy Yavlinskiy partiya iclasında əminliklə bildirib ki, Vladimir Putin bu il saxta yolla prezident seçiləcək, lakin 6 illik prezidentlik müddətini tamamlamadan istefa verməli olacaq: "5 martdan etibarən biz növbəti prezident seçkilərinə hazırlaşmalıyıq. Mən əminəm ki, növbəti seçki uzaqda deyil. Bu, göydəndüşmə olmasın deyə, hadisələrə əməlli-başlı hazır olmaq lazımdır. Ölkədə vəziyyət elədir ki, 6 illik üzün bir müddətdə 18 il rəhbər olan bir şəxs duruş gətirə bilməz."

Xatırladaq ki, Rusiyada builki prezident seçkilərində Qriqoriy Yavlinskinin namizədliyi qeydə alınmayıb.

Rusiya iqtidarı "Яблоко (Alma)" partiyasının bu bəyanatını göydən üç alma düşən nağıla bənzətsə də, dünyanın işini bilmək olmaz...

Murad Şahməmmədov

O.M.