İspaniya kralının kürəkəni məhkəmə qarşısında

İspaniya kralının kürəkəni məhkəmə qarşısında

25 Fevral 2012 14:34
Bəyəndim (0) Bəyənmədim (0)
İnyaki Urdanqarin maliyyə vəsaitlərini israf etməkdə və mənimsəməkdə ittiham olunur

Bu gün İspaniya kralının kürəkəni İnyaki Urdanqarin Palma de Malyorka şəhərinin məhkəməsi qarşısına çıxıb. İspaniya dövlət televiziyasına istinadən İnterfax-ın yaydığı məlumata görə, müttəhim rəhbərlik etdiyi ictimai fondun maliyyə vəsaitlərini israf etməkdə və mənimsəməkdə ittiham olunur. Belə ki, 2004-2006-cı illər ərzində o, 6 milyon avronu təyinatı üzrə xərcləməyib və həmin məbləğin böyük qismi İnyaki Urdanqarinin təsis etdiyi özəl müəssisələrin hesabında saxlanılıb. Palma hersoqu fəxri tituluma malik olan müttəhim günahsız olduğunu bildirir. Onun barəsində cinayət işi açılmasa da, İnyaki Urdanqarin bir müddət əvvəl saraydan qovulub.

Mədəni ölkələrdə şah qanun deyil, qanun şahdır...

Aqil Hüseynov

O.M.