Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (IAEA) İranı ittiham etdi

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (IAEA) İranı ittiham etdi

25 Fevral 2012 13:22
Bəyəndim (0) Bəyənmədim (0)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (İAEA) baş direktoru Yukiya Amano fevralın 24-də İranın mübahisəli nüvə proqramı ilə bağlı sonuncu hesabatını açıqlayıb. Hesabatda İranın nüvə fəaliyyətlərini davam etdirdiyi və uranın zənginləşdirilməsi prosesini sürətləndirdiyi bildirilib. Eyni zamanda hesabatda İAEA nümayəndə heyətinin bu ilin yanvar və fevral aylarında İrana həyata keçirdikləri hər iki səfər çərçivəsində bu ölkənin nüvə proqramının hərbi məqsəd daşıyıb-daşımadığını öyrənmək üçün nailiyyət əldə edə bilmədikləri qeyd olunub: "İran agentlik müfəttişlərinə inandırıcı izahat verməyib. Ona görə də İAEA bu ölkənin nüvə proqramının hərbi məqsəd daşımasından narahatdır. Çünki "Nətənz" və "Fordo" nüvə obyektlərində uranın zənginləşdirilməsi prosesi sürətlə aparılır. İran indiyədək 110 kiloqram 20 faizlik uran zənginləşdirməyə müvəffəq olub".

O.M.