Azərbaycanlılar və türklər ABŞ-da Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirdilər

Azərbaycanlılar və türklər ABŞ-da Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirdilər

25 Fevral 2012 12:10
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 24-də ABŞ-dakı Azərbaycan və türk diasporunun üzvləri Nyu-York və Vaşinqtonda Xocalı soyqırımının 20 illiyinə həsr olunmuş aksiyalar keçiriblər.

Nyu-Yorkdakı Azərbaycan Cəmiyyəti dinc aksiya keçirib, Xocalı qurbanlarını yad edib. Onlar ermənilərin törətdiyi kütləvi qətlləri və qəddarlıqları ittiham edən plakatları nümayiş etdiriblər. Diaspor üzvləri beynəlxalq ictimaiyyətə müraciət edərək, Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını istəyiblər.
Bundan başqa, diaspor üzvləri Ermənistanın Vaşinqtondakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər. Onlar Xocalı soyqırımını törədənlərin cəzalandırılmasını, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmasını tələb ediblər.
Nyu-York və Vaşinqtonun bəzi metro stansiyaları və küçələrində ermənilərin Azərbaycana qarşı təcavüzünü əks etdirən yüzlərlə Xocalı posteri də nümayiş olunub.

O.M.