Bəşər Əsədin əzəli müttəfiqi sayılan "Həmas" Suriya müxalifəti tərəfinə keçdi

Bəşər Əsədin əzəli müttəfiqi sayılan "Həmas" Suriya müxalifəti tərəfinə keçdi

25 Fevral 2012 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Uzun illərdən bəri Bəşər Əsədin müttəfiqi sayılan Fələstinin "Həmas" təşkilatı Suriya müxalifəti tərəfinə keçib. İnterfax-ın məlumatına görə, Qahirədə və Qəzza zolağında keçirilən sonuncu cümə namazlarında anti-Əsəd şüarları səsləndirilməyə başlayıb. Belə ki, "Həmas" tərəfdarları "Suriya inqilabı ərəb baharıdır" kimi şüarlar səsləndiriblər. Bundan başqa, "Həmas" liderlərindən olan Salah əl Bərdəvil Qəzza zolağında Xan Yunis qaçqın düşərgəsində olarkən yerli müsəlmanlara belə bir müraciət edib: "Fələstin xalqının qəlbi Suriyada axıdılan hər bir günahsız insana görə qan ağlayır. Heç bir siyasi qiymət bizi buna göz yummağa vadar edə bilməz."

Xatırladaq ki, bir müddət əvvəl "Həmas" rəhbərləri Suriya iqtidarına etiraz əlaməti olaraq, Dəməşq şəhərini tərk ediblər.

O.M.