Rusiyanın və ABŞ-ın Qırğızıstandakı hərbi bazaları bağlanacaq

Rusiyanın və ABŞ-ın Qırğızıstandakı hərbi bazaları bağlanacaq

25 Fevral 2012 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada rəsmi səfərdə olan Qırğızıstan prezidenti Almazbek Atambayev Rusiyanın Qırğızıstandakı hərbi bazalarının bağlanacağı barədə qəti fikirlər səsləndirib. "Эхо Москвы (Moskvanın əks-sədası)" radiostansiyasında çıxışı zamanı prezident bu məsələyə aydınlıq gətirib: "İstisna deyil ki, biz nəzərdə tutulduğundan başqa yolla gedəcəyik. Qırğızıstanın Rusiyaya icarəyə verdiyi Kant hərbi bazası öhdəliklərini yerinə yetirmir, icarə haqqını ödəmir. Bizə belə bir baza lazım deyil."

Xatırladaq ki, Almazbek Atambayev Rusiya prezidenti ilə ikitərəfli görüşü zamanı hərbi bazanın Qırğızıstan büdcəsinə 15 milyon ABŞ dolları borcu yığıldığını bildirib.

"Эхо Москвы (Moskvanın əks-sədası)" radiostansiyasında çıxışında A.Atambayev 2014-cü ildən sonra Manas aeroportundan ABŞ hərbi qüvvələrinin geri göndəriləcəyini də bildirib: "Biz icazə verə bilmərik ki, ABŞ ərazimizdən İrana hücum məqsədi ilə istifadə etsin. Bu, paytaxtımıza və ölkəmizə böyük təhlükədir. Ümumiyyətlə, sərnişin aeroportunun yaxınlığında hərbi qüvvələrin yerləşdirilməsi yolverilməzdir."

O.M.