Ermənistanda olan azərbaycanlı deputatlar Serj Sarkisyanı pərt elədilər

Ermənistanda olan azərbaycanlı deputatlar Serj Sarkisyanı pərt elədilər

24 Fevral 2012 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

"Erməni tərəfi bizim Ermənistana səfərimizə kifayət qədər problem yaratmağa çalışırdı. İrəvan aeroportunda isə sərhədçilər bizi aeroportun təcridxanasına apardılar". Bunu jurnalistlərə açıqlamasında Ermənistandan səfərdən dönmüş Milli Məclisin deputatı Fərəc Quliyev deyib. O, EuroNestin iclasında "Dağlıq Qarabağ" adı altında plakat yerləşdirildiyini, Azərbaycan nümayəndə heyətinin təkidi ilə həmin plakatların yığışdırıldığını söyləyib: "EuroNestin Sosial komitəsinin toplantısı olmağına baxmayaraq, bir çox ölkənin nümayəndə heyətləri Dağlıq Qarabağ məsələsi ilə maraqlanırdılar. Ermənistan prezidenti Serj Sarkisyanla görüşdə Azərbaycan nümayəndə heyətinin Dağlıq Qarabağ məsələsini qaldırmasına ehtiyac qalmadı, bu məsələni Avropadan olan parlamentarilər qaldırdılar". F.Quliyevin sözlərinə görə, azərbaycanlı deputatlar görüşdə Sarkisyana bildiriblər ki, işğal olunmuş ərazilərdə dəfn olunmuş azərbaycanlıların qəbirlərini ziyarət etmək mümkünsüzdür, həmçinin Ermənistan prezidentinə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil olunmasının vacibliyi çatdırılıb. Görüş zamanı S.Sarkisyan Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmadığını bildirəndə, azərbaycanlı millət vəkilləri BMT-nin qəbul etdiyi dörd qətnaməni xatırladıblar.

O.M.