İSESCO-da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anım mərasimi keçiriləcək

İSESCO-da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anım mərasimi keçiriləcək

23 Fevral 2012 22:35
Bəyəndim (0) Bəyənmədim (0)

İSESCO-dan verilən məlumata görə, təşkilat Xocalı şəhərində dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımın 20-ci ildönümü münasibətilə keçirilən anım mərasiminə qatılacaq. Tədbir çərçivəsində Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan və Türkiyənin Rabatdakı səfirlikləri bu dəhşətli insanlıq faciəsinin anılması üçün bir araya gələcəklər. Sabah İSESCO-nun Rabatdakı daimi qərargahında keçiriləcək anım mərasimində təşkilatın baş direktoru Əbdüləziz Osman Əl-Tüveyciri açılış nitqi söyləyəcək. O, erməni hərbi birləşmələrinin Dağlıq Qarabağda törətdiyi vəhşiliklərin insanlığa qarşı təhdidlərindən və BMT Təhlükəsizlik Şurasının Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxmasını tələb edən qətnamələrinin pozulmasından danışacaq.

O.M.