Hüsnü Mübarək Misir prezidentliyinə namizədliyini verdi

Hüsnü Mübarək Misir prezidentliyinə namizədliyini verdi

23 Fevral 2012 16:50
Bəyəndim (0) Bəyənmədim (0)
Devrilmiş diktatorunun adaşı olan əmisi oğlu ölkəni demokratik üsulla idarə edəcəyini bəyan edib

Məhəmməd Hüsnü Mübarək Misirin devrilmiş diktatorunun adıdır. Nə qədər qəribə səslənsə də, bu ölkədə prezidentliyə namizədlərin birinin adı məhz Məhəmməd Hüsnü Mübarəkdir. Mignews.ru-nun məlumatına görə, həmin şəxs sabiq prezidentin əmisi oğludur. Taleyin hökmü ilə iki əmiuşağı adaşdır.

Yeni Hüsnü Mübarək seçkiqabağı platformasında ölkəni demokratik üsulla idarə edəcəyini bəyan edib.

Xatırladaq ki, Misirdə prezident seçkiləri 10 mart - 8 aprel tarixlərində keçiriləcək.

Belə getsə, Misirin adı olacaq Hüsnü Mübarək Ərəb Respublikası...

Murad Şahməmmədov

O.M.