İsa Qəmbər Müsavat partiyasının başqanlığından uzaqlaşır

İsa Qəmbər Müsavat partiyasının başqanlığından uzaqlaşır

23 Fevral 2012 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Müsavat partiyasının başqanı İsa Qəmbər mətbuat konfransı keçirib. Çıxışına Azərbaycanın XX əsrdə milli faciələri ilə başlayan İ.Qəmbər daha sonra "Eurovision" müsabiqəsi ərəfəsində keçiriləcək kütləvi aksiyalara toxunub. O bildirib ki, martın 4-də Müsavat Partiyası gənclərinin də qatılacağı gənclər aksiyasından sonra İctimai Palata mitinq və piketlər keçirəcək. İ.Qəmbər aksiyaların keçirilməsinin "Eurovision" müsabiqəsindən asılı olmadığını, İctimai Palatanın 2 aprel məhbuslarının həbsdən azad edilməsinin heç də hakimiyyət qarşısında bir şərt kimi irəli sürülmədiyini vurğulayıb. O, Müsavat Partiyasının VIII qurultayında başqanlığa namizədliyini irəli sürməyəcəyini söyləyib: "Lakin bilirəm ki, qurultayda namizədliyimi irəli sürsəm, partiya üzvlərinin 99 faizi məni müdafiə edəcək".

O.M.